AZ    EN
logo

Kvota üzrə balıq ovu

08.02.2016

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2015-ci ildə 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 677,9 ton kvotaya qarşı 565,6 ton balıq ovlanmışdır. 2014-cü illə müqayisədə 2015-ci ildə kvota üzrə balıq ovu 35,8 faiz azalmışdır. Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşmüşdür.
Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil etmişdir.

Tel: 538-93-61

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim