AZ    EN
logo

2015-ci ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.01.2016

2015-ci ilin dekabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,0 faiz bahalaşmış, emal sənayesi üzrə 2,5 faiz ucuzlaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməmişdir. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmışdır.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,0 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə isə 4,2 faiz ucuzlaşmışdır.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 6,0 faiz, kimya sənayesi üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz bahalaşmış, neft məhsullarının istehsalı üzrə 5,2 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, içki istehsalı üzrə isə istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim