AZ    EN
logo

Payızlıq bitkilərin səpini barədə

21.12.2015

Təsərrüfatlarda 2016-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini davam edir. Cari il dekabr ayının 1-i vəziyyətinə 867,9 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpilmiş sahənin 98,2 faizini və yaxud 852385 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 535206 hektarı buğda, 317150 hektarı arpa, 29 hektarı isə çovdar əkinlərinin payına düşür.
2014-cü ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz, o cümlədən buğdanın əkin sahəsi 6,4 faiz, arpanın əkin sahəsi 4,4 faiz, çovdarın əkin sahəsi isə 2,6 dəfə artmışdır.

Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim