AZ    EN
logo

2015-ci ilin yanvar-noyabr aylarında sənaye istehsalı haqqında

16.12.2015

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 24,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 2,8 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,3 faiz artmış, neft hasilatı isə 0,4 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,9 faiz, kağız və karton istehsalı 15,8 faiz, poliqrafiya məhsullarının istehsalı 79,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 4,6 faiz, hazır metal məhsullarının istehsalı 58,6 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 6,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,5 faiz, mebel istehsalı 9,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artmış, toxuculuq məhsullarının istehsalı 60,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, geyim istehsalı 40,8 faiz, içkilərin istehsalı isə 10,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,0 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,5 faiz, neft sektorunda isə 0,6 faiz artmışdır.

Tel. 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim