AZ    EN
logo

2015-ci ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.12.2015

2015-ci ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz, emal sənayesi üzrə 1,4 faiz ucuzlaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməmişdir. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz ucuzlaşmışdır.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft hasilatı üzrə 8,2 faiz ucuzlaşmış, metal filizlərinin hasilatı üzrə 2,3 faiz bahalaşmış, digərlərinin qiymətləri isə sabit qalmışdır.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 6,8 faiz, kimya sənayesi üzrə 5,8 faiz, neft məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 0,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, tikinti materiallarının istehsalı üzrə 2,2 faiz, içki istehsalı üzrə 1,2 faiz bahalaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim