AZ    EN
logo

2015-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

27.11.2015

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 73,6 min muzdlu işçinin 72,1 faizi dövlət, 27,9 faizi qeyri-dövlət müəssisələrində çalışmışdır. İşçilərin 54,3 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,8 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,9 faiz artaraq 560,1 manat olmuşdur. Bu göstərici dəniz nəqliyyatında 1043,3 manat, hava nəqliyyatında 822,3 manat, boru kəməri nəqliyyatında 716,9 manat, metro nəqliyyatında 583,7 manat, avtomobil nəqliyyatında 476,1 manat, dəmir yolu nəqliyyatında isə 256,1 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək haqqı dəniz nəqliyyatında 41,6 faiz, hava nəqliyyatında 4,6 faiz, boru kəməri nəqliyyatında 1,9 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 1,8 faiz artaraq 748,3 manat olmuşdur.

Əlaqə telefonu: 538-90-12

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim