AZ    EN
logo

2015-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

11.11.2015

Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 milyon ton, yük dövriyyəsi isə 8313,1 milyon ton-km olmuşdur. Yüklərin 22,86 milyon tonu və ya 58,2 faizi avtomobil nəqliyyatı, 11,70 milyon tonu və ya 29,8 faizi dəmir yolu nəqliyyatı, 4,72 milyon tonu və ya 12,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9,3 faiz azalmışdır. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 21,3 və 30,8 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,8 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,3 faizini və ya 7,2 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5003,7 milyon sərnişin-km olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8 faiz artmışdır. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş vermişdir.

Əlaqə telefonu: 538-90-12

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim