AZ    EN
logo

2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri

16.10.2015

Cari ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 30,12 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,5 faiz artmışdır.
Bu dövr ərzində gəlirlərin 75,59 faizi son istehlak xərclərinə, 9,45 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,88 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,08 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,27 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalmışdır.

əlaqə nömrəsi: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim