AZ    EN
logo

2015-ci ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

15.10.2015

2015-ci ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 7,5 faiz bahalaşmış, emal sənayesi üzrə 0,5 faiz ucuzlaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrində isə qiymətlərdə dəyişiklik baş verməmişdir. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşmışdır.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,1 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə 1,6 faiz ucuzlaşmış, digərlərinin qiymətləri isə sabit qalmışdır.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 3,2 faiz, kimya sənayesi üzrə 2,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz ucuzlaşmış, içki istehsalı üzrə 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz bahalaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim