AZ    EN
logo

2015-ci ilin sentyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

15.10.2015

2015-ci ilin sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,0 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri ucuzlaşmış, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətləri sabit qalmışdır.
Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalçı qiymətləri ucuzlaşmışdır. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti ucuzlaşmış, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim