AZ    EN
logo

2015-ci ilin yanvar-sentyabr aylarında yaradılmış statistik vahidlər haqqında

15.10.2015

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 4566 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılmışdır.
Yeni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) 53,4 faizi Bakıda, hər birində 11,9 faiz olmaqla, Lənkəran və Aran iqtisadi rayonlarında, 8,0 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Bundan əlavə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin vergi orqanlarında 52979 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Qeyd: Statistik vahid dedikdə müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlikləri və filialları) və fiziki şəxslər başa düşülür.

Tel: 538-81-97; 538-93-67

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim