AZ    EN
logo

Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında

15.10.2015


2015-ci ilin yanvar-sentyabr aylarında istehlakçılara 18,1 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çox məhsul satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,0 faiz artaraq 9,0 milyard manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,8 faiz artaraq 9,1 milyard manata bərabər olmuşdur.
Cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 9,3 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2 faizi hüquqi şəxslərdən, 7,8 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşmüşdür.
2015-ci ilin yanvar-sentyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 740,4 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 320,8 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 419,6 milyon manat təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim