AZ    EN
logo

Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında

15.09.2015

2015-ci ilin yanvar-avqust aylarında istehlakçılara 15,9 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çox məhsul satılmışdır. Satılmış məhsulların 49,9 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,1 faizini isə qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 8,2 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq məhsullarının payına düşmüşdür.
2015-ci ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 644,9 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 milyon manat təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim