AZ    EN
logo

2015-ci ilin yanvar - iyul aylarında ümumi daxili məhsul istehsalı

13.08.2015

2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata catmışdır.
Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68,0 faizə yüksəlmişdir.
ÜDM-in 35,0 faizi sənayenin, 13,6 faizi tikintinin, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.

Əlaqə nömrəsi: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim