AZ    EN
logo

2015-ci ilin birinci yarsında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

12.08.2015

Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 68,9 min muzdlu işçinin 70,5 faizi dövlət müəssisələrində, 29,5 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 50,2 faizi yerüstü və boru kəməri, 10,0 faizi su, 17,9 faizi hava nəqliyyatı, 21,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,9 faiz artaraq 544,0 manat olmuş və bu göstərici dəniz nəqliyyatında 1052,0 manat, hava nəqliyyatında 818,7 manat, metro nəqliyyatında 583,2 manat, avtomobil nəqliyyatında 397,7 manat, dəmir yolu nəqliyyatında isə 250,3 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 44,3 faiz, hava nəqliyyatında 5,0 faiz, dəmir yolu nəqliyyatında16,7 faiz, boru nəqliyyatında isə 1,4 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,8 faiz artaraq 746,8 manat olmuşdur.

Əlaqə telefonu: 538-90-12

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim