AZ    EN
logo

Kənd təsərrüfatı maşınları ilə təchizat haqqında

21.07.2015

Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynadığından bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
2015-ci ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 35,6 milyon manat dəyərində 576 ədəd müxtəlif növ traktor, 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn, 71 ədəd gübrəsəpən maşın, 60 ədəd çiləyici və tozlayıcılar, 56 ədəd səpici aqreqat, 56 ədəd ot-küləş presləyən, 28 ədəd traktor yedəkləri, 24 ədəd kultivator, 21 ədəd malalar, 11 ədəd taxıl-toxum təmizləyən, 11 ədəd yumşaldıcı, 10 ədəd bağarası frez, 8 ədəd ot dırmığı və 41 ədəd sair maşın və aqreqat verilmişdir.

Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim