AZ    EN
logo

2015-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

15.07.2015

2015-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,8 faiz ucuzlaşmış, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,6 faiz bahalaşmışdır.
Cari ilin iyun ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,9 faiz ucuzlaşmış, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmamışdır.
İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 5,1 faiz, neft məhsullarının istehsalı üzrə 5,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,3 faiz, qida məhsullarının və tikinti məmulatlarının istehsalı üzrə 0,2 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı, toxuculuq və metallurgiya sənayesi üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim