AZ    EN
logo

2015-ci ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

15.07.2015

2015-ci ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşmışdır.
Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyünün, yumurtanın, limonun, almanın, qozun, şabalıdın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim