AZ    EN
logo

2015-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

12.06.2015

2015-ci ilin beş ayında ölkədə 21,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrinin ÜDM istehsalında 7,6 faiz, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4 faiz artım müşahidə edilmişdir. Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1 faizə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz bəndi artmışdır.
ÜDM-in 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim