AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

11.06.2015

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 126 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 80 ölkəyə əmtəə ixrac olunmuş, 113 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 40-ı Asiya ölkələri və digərləridir.
Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9387,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar təşkil etmiş, nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 34,9 faiz artaraq 596,5 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim