AZ    EN
logo

2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri

15.05.2015

2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artmışdır.

Əlaqə telefonu: 538 90 98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim