AZ    EN
logo

Əmtəə bazarı haqqında

14.05.2015

2015-ci ilin yanvar-aprel aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 faiz bəndi artmışdır.
Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,4 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 289,9 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 milyon manat təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim