AZ    EN
logo

2015-ci ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

13.05.2015

2015-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,9 faiz, yol və körpü tikintisində isə 0,1 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşmışdır.
Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşmışdır.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim