AZ    EN
logo

2015-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.05.2015

2015-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,4 faiz bahalaşmışdır.
Cari ilin aprel ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində metal filizlərinin hasilatı üzrə 4,0 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 2,7 faiz bahalaşma müşahidə olunmuşdur.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,7 faiz, toxuculuq sənayesi, içki istehsalı, elektrik avadanlıqlarının, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 25,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 12,3 faiz, metallurgiya sənayesi üzrə 6,5 faiz, neft məhsullarının istehsalı üzrə 6,1 faiz, qida məhsullarının istehsalı üzrə 4,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,1 faiz, mebel istehsalı üzrə 1,8 faiz, geyim istehsalı üzrə 1,4 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim