AZ    EN
logo

2015-ci ilin aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.05.2015

Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 0,1 və 2,2 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşmışdır. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın, arpa dəninin, kartofun, yoncanın istehsalçı qiyməti ucuzlaşmış, lobya və noxud dəninin, günəbaxan toxumunun, pomidorun istehsalçı qiyməti isə bahalaşmışdır.
Çoxillik bitkilərdən almanın, badamın, şabalıdın, fındığın, tərəvəz şitilinin istehsalçı qiyməti bahalaşmış, qozun, gül şitilinin istehsalçı qiyməti isə ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), diri ev quşlarının, yumurtanın, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim