AZ    EN
logo

2015-ci ilin aprel ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

13.05.2015

2015-ci ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,7 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələri və həmçinin, digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6 faiz bahalaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.
Aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim