AZ    EN
logo

Tikinti haqqında

17.04.2015

2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf etmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 3,2 milyard manat vəsait yönəldilmiş, onun 54,7 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 70,5 faizi məhsul istehsalı, 29,5 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,0 faizini təşkil etmişdir.
2015-ci ilin birinci rübündə Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli, ümumi sahəsi 414,5 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 1658 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir.

Tel: 539 87 17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim