AZ    EN
logo

2015-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı

15.04.2015

2015-ci ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatmışdır.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artmışdır.
Bu dövrdə ümumi daxili məhsulun 34,7 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 12,5 faizi tikintidə, 11,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,2 faizi informasiya və rabitə xidmətlərində, 16,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılmışdır.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim