AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

14.04.2015

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 67 ölkəyə əmtəə ixrac olunmuş, 103 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 42-si Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələri və digərləridir.
İki ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 4646,7 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 2939,6 milyon dollar, idxalın həcmi 1707,1 milyon dollar təşkil etmiş, nəticədə 1232,5 milyon dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 72,6 faiz artaraq 349,9 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim