AZ    EN
logo

2015-ci ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.04.2015

2015-ci ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 15,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 17,3 faiz, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 4,8 faiz bahalaşmışdır.
2015-ci ilin mart ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 17,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 0,5 faiz bahalaşma müşahidə olunmuşdur.
Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,8 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 9,8 faiz, neft məhsullarının istehsalı üzrə 8,7 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 6,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 6,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,0 faiz, qida məhsullarının və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5 faiz, içki istehsalı üzrə 0,4 faiz, metallurgiya sənayesi üzrə 0,3 faiz, toxuculuq sənayesi və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,2 faiz, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim