AZ    EN
logo

2015-ci ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

14.04.2015

2015-ci ilin mart ayında ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşmışdır.
Ay ərzində toyuq ətinin, yumurtanın, göyərtinin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kökün, çuğundurun, soğanın, sarımsağın, kartofun, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
Mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri bahalaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim