AZ    EN
logo

Ev təsərrüfatlarının sənaye fəaliyyəti haqqında

08.04.2015

2014-cü ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilmişdir.
Müayinəyə 9579 ev təsərrüfatı cəlb edilmişdir. Ev təsərrüfatlarından 5559-u (58,0 faiz) şəhər, 4020-si (42,0 faiz) kənd yaşayış məntəqələrini əhatə etmişdir.
İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd – 418,5 min ton, təzə çörək – 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) – 137,6 min ton, süd məhsulları – 102,5 min ton, meyvə və tərəvəz konservləri – 43,4 min ton, kompot – 40,9 min ton, mürəbbə və cem – 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları – 28,8 min ton, meyvə və üzümdən alınan spirt – 94,1 min dekalitr, şərab – 59,5 min dekalitr, xalça və xalça məmulatları – 1,0 min kv.metr olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim