AZ    EN
logo

2015-ci ilin yanvar ayında sənayenin işi haqqında

13.02.2015

2015-ci ilin yanvar ayında əvvəlki ilin yanvarına nisbətən sənaye məhsulu istehsalı 1,4 faiz artmış və 1,8 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 58,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,7 milyon ton neft, 1,8 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,2 faizini təşkil etmiş, içki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 10,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,8 faizi malların (əmtəələrin), 11,2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 71,5 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim