AZ    EN
logo

2015-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

13.02.2015

2015-ci ilin ilk ayında ölkədə 3,6 milyard manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Qeyri-neft sektorunda 5,5 faiz, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1 faiz artım qeydə alınmışdır.
Yanvar ayında ÜDM-in 34,0 faizi sənayedə, 10,6 faizi tikintidə, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 19,8 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim