AZ    EN
logo

2014-cü ildə sənayenin işi haqqında

16.01.2015

2014-cü ildə ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 69,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 41,9 milyon ton neft, 18,7 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24,0 faizini təşkil etmiş, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 6,9 faiz üstələmişdir. Ümumi sənaye istehsalının 92,4 faizi malların (əmtəələrin), 7,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 79,5 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim