AZ    EN
logo

2014-cü ilin dekabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

12.01.2015

2014-cü ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunmuşdur.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşmışdır.
Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz bahalaşmışdır.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonuı: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim