AZ    EN
logo

2014-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

12.01.2015

2014-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 19,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 22,3 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,1 faiz ucuzlaşmışdır.
2014-cü ilin dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 22,4 faiz, metal filizlərinin hasilatı üzrə 3,2 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,4 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,7 faiz, kimya sənayesi üzrə 0,4 faiz, qida məhsullarının istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı və metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 1,9 faiz, içki istehsalı üzrə 0,5 faiz, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim