AZ    EN
logo

2014-cü ilin yanvar-noyabr aylarında ümumi daxili məhsul istehsalı

15.12.2014

2014-cü ilin yanvar-noyabr aylarında ölkədə 53,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artmışdır. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5710,7 manat (7281,3 ABŞ dolları) təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizədək yüksəlmişdir. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilmişdir.
Ümumi daxili məhsulun 60,2 faizi istehsal sahələrində, o cümlədən 42,6 faizi sənayedə, 12,5 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 32,5 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim