AZ    EN
logo

2015-ci ilin məhsulu üçün payızlıq bitkilər səpininin gedişi barədə

11.12.2014

Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Cari il dekabr ayının 1-i vəziyyətinə 822,3 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 806,6 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Dən üçün payızlıq bitkilərin 502,8 min hektarını (62,3 faizi) buğda, 303,8 min hektarını (37,7 faizini) isə arpa təşkil etmişdir.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 11,5 faiz, o cümlədən buğdanın əkin sahəsi 17,2 faiz, arpanın əkin sahəsi isə 0,1 faiz azalmışdır. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.

  2014-cü il (yanvar-noyabr) 2013-cü il (yanvar-noyabr) 2014-cü il 2013-cü ilə, %-lə
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar 822 296 927 433 88,7
o cümlədən dən üçün 806 621 911 451 88,5
ondan:
buğda 502 810 607 399 82,8
arpa 303 800 303 922 99,9


Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim