AZ    EN
logo

Əmtəə bazarı haqqında

08.12.2014

2014-cü ilin yanvar-noyabr aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,2 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz bəndi artmışdır.
Cari ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim