AZ    EN
logo

2014-cü ilin yanvar-sentyabr aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

17.11.2014

Cari ilin doqquz ayında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 43,3 milyon ton yük, 229,5 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 49,9 faizi avtomobil, 34,3 faizi dəmir yolu, 15,8 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,4 faizini və ya 9,3 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 377,3 milyon manat, sərnişin daşınmasından isə 80,2 milyon manat gəlir əldə olunmuş və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4 faiz və 12,9 faiz artmışdır.

Əlaqə telefonu: 538-90-12

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim