AZ    EN
logo

2014-cü ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

07.11.2014

2014-cü ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,4 faiz, yol və körpü tikintisində isə 0,8 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7 faiz ucuzlaşmışdır.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşmışdır.
Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2 faiz bahalaşma müşahidə olunmuşdur.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim