AZ    EN
logo

2014-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə işçilərin sayı və orta aylıq əmək haqqı barədə

07.11.2014

Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 51,2 faizi yerüstü və boru kəməri, 12,3 faizi su, 16,1 faizi hava nəqliyyatı, 20,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 1,7 faiz artaraq 538,9 manat olmuş, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil etmişdir. Əmək haqqı metro nəqliyyatında 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmir yolu nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,2 faiz artaraq 736,7 manat olmuşdur.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim