AZ    EN
logo

2014-cü ilin sentyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.10.2014

Sentyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən qarğıdalının 0,3 faiz, günəbaxan toxumunun 9,5 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətləri 7,4 faiz ucuzlaşmış, buğdanın 2,1 faiz, arpanın 6,6 faiz, lobyanın 21,7 faiz, xiyarın 22,7 faiz, badımcanın 11,0 faiz, pomidorun 18,1 faiz, kartofun isə istehsalçı qiymətləri 3,2 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən şaftalının istehsalçı qiymətləri 20,0 faiz, qoz-fındığın 16,4 faiz bahalaşmış, şabalıdın 0,9 faiz, almanın isə istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 10,3 faiz, quş ətinin (diri çəkidə) 3,3 faiz, südün istehsalçı qiymətləri 2,5 faiz ucuzlaşmış, mal ətinin (diri çəkidə) 0,8 faiz, təbii balın isə istehsalçı qiymətləri 5,4 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim