AZ    EN
logo

2014-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında

16.09.2014

2014-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3 faiz çox xarici investisiyalar yönəldilmişdir. İnvestisiyaların 11,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,1 faizi birbaşa, 35,7 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 3,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artmış, onun 3,3 milyard dolları və ya 85,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
Bu dövrdə ölkə rezidentlərinə 815,5 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 46,5 faizi dövlət təminatlı kreditlər olmuşdur.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim