AZ    EN
logo

Əmtəə bazarı haqqında

09.09.2014

2014-cü ilin yanvar-avqust aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 50,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,4 faiz bəndi artmışdır.
Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9 faiz artaraq 1,7 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 88,9 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim