AZ    EN
logo

2014-cü ilin avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.09.2014

2014-cü ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, balqabağın, soğanın qiymətlərində ucuzlaşma, düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, bananın, fındığın, qozun, şabalıdın, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim