AZ    EN
logo

2014-cü ilin avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

08.09.2014

Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşmış, çoxillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən xiyarın 55,9 faiz, qarpızın 32,1 faiz, yoncanın 25,7 faiz, lobyanın 24,4 faiz, pomidorun 21,2 faiz, buğdanın istehsalçı qiymətləri 3,7 faiz bahalaşmış, günəbaxan toxumunun 2,0 faiz, qarğıdalının 0,1 faiz, yerkökünün istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən süfrə üzümünün 7,3 faiz, moruq və böyürtkənin 21,1 faiz, fındığın istehsalçı qiymətləri 5,7 faiz ucuzlaşmış, şaftalının 12,8 faiz, gavalı və göyəmin 4,7 faiz, almanın isə istehsalçı qiymətləri 1,1 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1 faiz bahalaşmış, yumurtanın 4,0 faiz, quş ətinin (diri çəkidə) 9,9 faiz, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşmışdır.
Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0 faiz bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8 faiz təşkil etmişdir.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim