AZ    EN
logo

2014-cü ilin yanvar-iyul aylarında ümumi daxili məhsul istehsalı

15.08.2014

2014-cü ilin yanvar-iyul aylarında ölkədə 34,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3621,3 manat (4617,3 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 45,5 faizi sənayedə, 11,4 faizi tikintidə, 4,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 14,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,8 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,4 faizdən 56,8 faizədək yüksəlmişdir. Müvafiq olaraq ümumi daxili məhsulun 43,2 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 3,1 faiz azalmışdır.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim