AZ    EN
logo

2014-cü ilin II rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

06.08.2014

2014-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,1 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 1,4 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,5 faiz ucuzlaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşmışdır.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz ucuzlaşmışdır.
Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,6 faiz ucuzlaşma müşahidə olunmuşdur.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 1,6 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,1 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim